“Hollandiya”nın “Telstar” klubunda icarə əsasında çıxış edən Özancan Kökcü yenidən Azərbaycana qayıdacaq.
Müqavilə ilə “Sabah”a məxsus olan yarımmüdafiəçi bir neçə yeni təklif almasına baxmayaraq, növbəti mövsümü paytaxt təmsilçisində keçirmək niyyətindədir. Qeyd edək ki, bu ilin yanvar ayında “Telstar”a keçən Kökçünün “Sabah”la müqaviləsi 2023-cü ilə qədərdir.